Bu gün Azərbaycanda 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizə tarixində xüsusi yer tutur. Herbiand.az xatırladır ki, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi mitinqlər xalqın milli oyanışının və azadlıq istəyinin təzahürünə çevrildi. Minlərlə insan Azərbaycanın suverenliyi və milli hüquqlarının müdafiəsi tələbi ilə meydana toplaşdı. Həmin hadisələr xalqın birliyini, həmrəyliyini və mübarizə əzmini nümayiş etdirdi. Milli Dirçəliş hərəkatı Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm mərhələlərdən biri oldu. 1992-ci ildə 17 Noyabr Milli Dirçəliş Günü kimi rəsmiləşdirildi. Herbiand.az xatırladır ki, bu gün xalqımızın azadlıq iradəsini, milli birliyini və müstəqillik uğrunda mübarizəsini simvolizə edir. Milli Dirçəliş Günü hər bir azərbaycanlı üçün tarixi yaddaş, qürur və dövlətçilik dəyərlərinə sədaqət günüdür.
Aydın