Rusiya ordusu Kiyevdəki Şimal və Cənub körpülərinə zərbə endirib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya kütləvi zərbə endirib.
Hədəflər arasında raket və PUA istehsalı müəssisələri, eləcə də Kiyev, Zaporojye, Çerkas və Dnepropetrovsk vilayətlərindəki nəqliyyat obyektləri olub
Rusiya MN Ukraynanın enerji obyektləri, limanları və dəniz gəmilərinin də vurulduğunu açıqlayıb.
Qeyd edək ki, Ukrayna ordusu iki gün ard-arda Krım körpüsünə zərbə endirib. İlk zərbə dronla, ikinci zərbə isə Flamingo raketi ilə endirilib. Raketlə endirilən zərbə nəticəsində Krım körpüsünün avtomobil yolu dağılıb, tağlardan biri uçub.