Advertisment

Baltik donanmasının gəmiləri və avadanlıqları qışa hazırlanıb

Baltik donanmasının bazalarında hərbi gəmilərin və dəstək gəmilərinin heyətləri qış təlim dövründə xüsusi texniki xidmət göstərib, mexanizmlərini istismara və lövbər salmağa hazırlayıblar.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, xüsusi texniki xidmət işlərinə 2000-dən çox hərbi qulluqçu cəlb edilib. Baltik donanmasının hərbi hissələrinin və bölmələrinin onlarla depo və anbarındakı silahlar, hərbi və ixtisaslaşdırılmış texnika yeni təlim dövründə istismara tam hazır vəziyyətdə saxlanılıb.

Bəxtiyar CƏFƏRLİ