Advertisment

“Onları Cənub qütbünə qədər qovacağıq”-General ABŞ-ı təhdid etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ-a qarşı sərt bəyanatla çıxış edib.

Herbiand.az xəbər verir ki, İran ordusunun ABŞ-ın hərbi-dəniz qüvvələrinə qarşı effektiv əməliyyatlar həyata keçirdiyini və uğurlar qazandığını iddia edən general ölkəsinin hazırda dünyanın iki böyük gücünə qarşı müqavimət göstərmək iqtidarında olduğunu deyib.

“ABŞ-ı Cənub qütbünə qədər geri oturdacağıq. Amerikalılar bu təşəbbüsümüzü gözləsinlər”, - deyə general bildirib.

İran xalqının və ordusunun müharibənin ağır sınaqlarından uğurla çıxdığını vurğulayan Abdullahi deyib ki, “düşmən peşman olana qədər” hərbi əməliyyatların davam etdirilməsinin vacibdir.

 

Aydın

Herbiand.az