Advertisment

Rusiyada "Kokoshnik" tutucu dronu sınaqdan keçirilib

Ağıllı sistemə malik olan yeni “Kokoshnik” tutucu dronu təlim sınaqlarından keçib.

Herbiand.az xəbər verir ki, bu barədə “Qaqarinq. Elektronika laboratoriyası”nın rəhbəri Aleksandr Baraşkov bildirib.

Onun sözlərinə görə, “Kokoshnik” döyüş sınaqlarına hazırdır: “Cihaz əvvəlcə kinetik tutma üçün nəzərdə tutulmuşdu, lakin sonradan dizaynerlər döyüş başlığı olan versiya hazırladılar”.

1,2 kq ağırlığında olan aparat hücum və kəşfiyyat dronlarını vurmaq qabiliyyətinə malikdir. “Kokoshnik” saatda 280 kilometrə qədər sürətə çatır.

Bəxtiyar CƏFƏRLİ