Advertisment

Deputat: Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması vətəndaş müharibəsinə səbəb olacaq

Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması vətəndaş müharibəsinə və respublikanın milli müstəqilliyinin itirilməsinə səbəb olacaq.

Herbiand.az bildirir ki, bu proqnozu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski səsləndirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığı qəsdən pozur: “Hesab edirəm ki, ilin sonuna qədər Ermənistan hökumətinin rəhbəri Yerevanı müstəqilliyindən məhrum edəcək və respublikanı Ukrayna ssenarisinin təkrarlanmasına sövq edəcək qərarlar qəbul edəcək”.

Vodolatski Paşinyan və Vladimir Zelenski arasında paralel apararaq hər iki siyasətçini şəxsi ambisiyaları naminə öz xalqına və inanclarına xəyanət etməkdə ittiham edib: "Rusiya sərhədçilərinin geri çəkilməsi vətəndaş müharibəsinə səbəb olacaq. Ermənistan vətəndaşlarının əksəriyyəti başa düşür ki, bu, təkcə suverenliklərinin və iqtisadi müstəqilliklərinin deyil, həm də öz inanclarının itirilməsinə səbəb olacaq. Artıq xristian kilsəsinə qarşı təqiblər başlayıb”.

Bəxtiyar CƏFƏRLİ