Advertisment

“Qazprom” və BOTAŞ Türkiyəyə qaz tədarükü müqaviləsinin müddətini uzadıb

Rusiyanın “Qazprom” və Türkiyənin BOTAŞ şirkəti respublikaya qaz tədarükünün əvvəlki şərtlərlə daha üç il müddətinə uzadılması barədə müqavilə imzalayıb.

“TASS” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Türkiyə biznes forumunun çərçivəsində jurnalistlərə bildirib ki,

“Qazprom” BOTAŞ ilə artıq müqavilə imzalayıb. Müqavilənin müddəti üç il uzadılır”, - deyə Aleksandr Novak bildirib.

Baş nazirin müavininin sözlərinə görə, yeni müqavilə qaz tədarükünün həcminin və şərtlərinin dəyişməz qalmasını nəzərdə tutur.

Aleksandr Novak onu da əlavə edib ki, “Novatek” şirkəti 2027-ci il yanvarın 1-dən etibarən Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı müqavilə imzalayıb.

“Novatek” də 2027-ci il yanvarın 1-dən LNG tədarükünə dair müqavilə imzalayıb. Hələlik tədarük həcmləri böyük deyil, lakin onların artırılması perspektivi var”, - baş nazirin müavini qeyd edib.