Rus əsgərləri Dnepropetrovsk istiqamətində Ukrayna Silahlı Qüvvələrini aldatmaq üçün sapanddan (raqatka – red.) istifadə ediblər.
Herbiand.az xəbər verir ki, bu barədə “Mərkəz” qüvvələr qrupunun "Zapal" ləqəbli dəniz piyadası məlumat verib.
Onun sözlərinə görə, döyüşçülər yerə çəngəlli çubuq əkiblər, üzərinə kamuflyaj tor qoyublar və ətrafına kisələr yığıblar: “Vizual olaraq, quruluş avtomatik quraşdırılmış qumbaraatanın və ya minaatanın yerini xatırladıb ki, bu da Ukrayna Silahlı Qüvvələrini çaşdırıb. Onlar orada yerləşən silahları vurmaq üçün yalançı hədəflərə sursatlar istifadə ediblər. Bu vaxt biz ağacın arxasında gizlənib izləriydik. Pilotsuz təyyarənin nə vaxt yaxınlaşdığını, səmada nə qədər qaldığını müəyyən edirdik və kəşfiyyat-hücum alayına pilotsuz təyyarənin hansı istiqamətdən gəldiyini və nə etdiyini məruzə edirdik”.
Bəxtiyar CƏFƏRLİ