Advertisment

Rusiya Ukraynada müasir dəniz raket silahlarını sınaqdan keçirib

Xüsusi hərbi əməliyyatlar zonasında müasir dəniz raket silahları sınaqdan keçirilib.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev bildirib.

Baş komandan deyib ki, onların imkanları sadəcə unikal deyil: “Hazırda Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan hər şey - dəqiq silahlar, gəmi əleyhinə silahlar, hipersəs silahlar - başqa sözlə, sualtı qayıq əleyhinə silahlar da daxil olmaqla, bütün dəniz raket silahları ən müasirdir”.

Moiseyev həmçinin, “Yasen-M” sinifli nüvə enerjisi ilə işləyən çoxməqsədli sualtı qayıqların unikal zərbə imkanlarını da qeyd edib: “Onlar bütün müasir silahlardan istifadə edə bilər”.

Bəxtiyar CƏFƏRLİ