Advertisment

1125 şəhərdə oldular: internetdə məşhurlaşdılar

Yaşlı rus qadınları Yelena və İrina 1125 şəhəri ziyarət etmək qərarına gəliblər və nəticədə internetdə məşhurlaşıblar.

Herbiand.az rus mətbuatına istinadən bildirir ki, onların İnstaqram səhifəsində yerləşdirdikləri video yarım milyondan çox baxış toplayıb.

"chemodannoe_nastro0enie" ləqəbli səyahətçilər təqaüdə çıxdıqdan sonra ölkənin şəhərlərini gəzməyə qərar verdiklərini bildiriblər: "Bu, sadəcə şəhərin əsas küçəsində maşınla gəzib orada olduğumuzu qeyd etmək deyil. Bu, bütün dünyaya orada yaşayan insanların tarixi, adət-ənənələri və həyatı vasitəsilə danışmaqdır".

Onlar özlərini nəhəng kürü sendviçləri yeyərkən, qatar relslərində gəzərkən və müşahidə meydanlarının birində rəqs edərkən çəkiblər.

Bəxtiyar CƏFƏRLİ