ABŞ-ın Tennessi ştatından olan bir qadın uşaqlarının Milad hədiyyələri üstündə əri ilə mübahisə edib. Bu mübahisə ona həyatı bahasına başa gəlib.
Herbiand.az bildirir ki, bu barədə Fox News məlumat verib.
14 noyabrda Rossvilldəki bir evə atışma ilə əlaqədar polis çağırılıb. Hadisə yerində polislər 33 yaşlı Cin Makkoll Alleni yerdə uzanan vəziyyətdə görüblər. Həyat yoldaşı Bonni Laşay Allen onun həyatını xilas etməyə çalışırdı. Lakin başından güllə yarası alan qadını xilas etmək mümkün olmayıb.
Kişi silahı polisə təhvil verib və arvadına atəş açdığını etiraf edib. O, uşaqlar üçün sifariş etdiyi Milad hədiyyələri üstündə mübahisə etdiklərini bildirib. Qadın çatdırılmanın çox baha olduğundan və hədiyyələrin keyfiyyətsiz olmasından şikayətlənib. Allen etiraf edib ki, hadisədən əvvəl dörd şüşə pivə içib və nəticədə həyat yoldaşına atəş açıb.
Kişi indi həbsdədir və girov müqabilində azadlığa buraxılmayıb.
Bəxtiyar CƏFƏRLİ