Advertisment

Bu NATO ölkəsi ildə 15 min PUA istehsal etməyi hədəfləyir

Yunanıstan ildə 15 min PUA istehsal etməyi planlaşdırır. 
“Bu gün silahlı qüvvələrimiz öz ehtiyacları üçün 5 min PUA istehsal etmək imkanına malikdir. Cari ilin dekabr ayında 309-cu fabrikin açılışını edəcəyik. 

Bu müəssisə işə başlayandan sonra bu rəqəm ildə 15 minə çatacaq”-Hebriand.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Nikos Dendias deyib. 
Qeyd edək ki, nazir bir gün öncə Trakya Ali Hərbi Komandanlığının məsuliyyət zonasına daxil olan Dimetoka, Dədəağac və İskeçə  şəhərlərinə səfər edib.

“Defence Review GR”nin məlumatına görə, nazir Dendias səfərinə Evros bölgəsindən başlayıb.

Müdafiə naziri Quru Qoşunları Komandanı general-leytenant Georgios Kostidis və ASDITH komandanı general-leytenant Panagiotis Kavidopulos ilə birlikdə Dimetokada tikintisi davam edən hərbi yaşayış binalarına da baş çəkib.

Hebriand.az