İranın aviaşirkətlərindən birinə məxsus sərnişin təyyarəsi göyərtəsində problem yaranıb. Herbiand.az xəbər verir ki, Məşhəddən Kirmanşaha uçan təyyarə bu üzdən hava limanına geri qayıtmalı olub.
Məlumata görə, “Sepehran” aviaşirkətinə məxsus “Boeing 737” havaya təyyarəsi havaya qalxdıqdan sonra şassidə nasazlıq, mühərrikdə zədələnmə müşahidə edilib.
Təyyarənin salonundan çəkilən görüntülərdən aydın olur ki, nasazlıq yalnız əsas hissələrlə olmayıb. Salonun üst panelləri qoparaq sərnişinlərin üzərinə düşməyə başlayıb. Bu isə sərnişinlər arasında ciddi təşvişə səbəb olub.
Nəticədə pilot geri qayıtmaq üçün icazə istəyib. Təyyarə Məşhədə uğurla eniş edib.
E.Cəfərli
Hərbiand.az