Advertisment

Supergüc ilk dəfə açıqladı: “Yer orbitində silahlarımız var”

ABŞ ilk dəfə Yer orbitində silah yerləşdirdiyini açıqlayıb. Herbiand.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink Merilend ştatında keçirilən konfransında çıxışı zamanı ölkənin Kosmik Qüvvələrinin orbitdə aktiv silahlara malik olduğunu bildirib.

Silahların növü, sayı və xüsusiyyətləri gizli saxlanılır. Bildirilir ki, sistemlər Amerikanın hərbi qüdrətini qorumaq və zərurət yarandıqda düşmən qüvvələrinə qarşı istifadə olunmaq üçün hazırlanıb.

Meink ABŞ-ın artan təhdidlərə qarşı hazırlığını gücləndirdiyini bildirib.

Ölkəsinin “kosmosa nəzarət silahlarına” malik olduğunu vurğulayan Amerika rəsmisinə görə, sözügedən arsenal yalnız müdafiə məqsədilə istifadə edilə bilər.

Açıqlama Çin və Rusiyanın sərt reaksiyasına səbəb olub.

Çin ABŞ-a “kosmosda müharibəyə hazırlaşmağı dayandırın” çağırışını edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekinin kosmosun silahlandırılmasına və döyüş meydanına çevrilməsinə qarşı olduğunu bildirib

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın kosmosun silahlardan azad edilməsinin tərəfdarı olduğunu bildirib və bu istiqamətdə beynəlxalq əməkdaşlığa çağırış edib.

E.Cəfərli

Herbiand.az