İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Müdafiə Nazirliyinin müfəttişi tərəfindən İranla bağlı müharibəyə dair hazırlanan hesabatla bağlı açıqlama verib.
“ABŞ-ın hərbi itkiləri ilə bağlı açıqlanan məlumatlar yalnız aysberqin görünən hissəsidir”. Herbiand.az xəbər verir ki, “Epik qəzəb əməliyyatı” adlandırılan sənədlə bağlı danışan nazir belə deyib.
Əraçi “X” sosial media platformasında Pentaqon müfəttişinin hazırladığı hesabatın ABŞ-ın hərbi itkiləri ilə bağlı hissəsindən sitatlar paylaşıb.
Əraqçi paylaşımında yazıb:
“İddia edirlər ki, İran müdafiəsizdir. Reallıq isə budur ki, ABŞ-ın yüzlərlə hərbi bazası məhv edilib, onlarla təyyarəsi yandırılıb. Vaxtı çatanda hər şeyi ortaya çıxaracağıq”.
Qeyd edək ki, Pentaqon müfəttişi tərəfindən İranla bağlı müharibəyə dair hesabat yayımlanıb.
E.Cəfərli