Advertisment

Dalaşanları ayırmağa çalışdı, ov tüfəngi ilə vuruldu

Türkiyənin Çorum şəhərində bədbəxt hadisə baş verib.

Herbiand.az xəbər verir ki, Ehsan adlı mübahisə zəminin 26 yaşlı bacısı oğlu Mertcana ov tüfəngi ilə atəş açıb. Bu zaman güllədən çıxan saçmalar dalaşanları ayırmağa çalışan 24 yaşlı Cəlal Atakana dəyib.

Məlumata görə, bədbəxt hadisə Çorumun mərkəzinə bağlı Ömerbəy kəndində baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar Hitit Universitetinin xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Cəlal Atakanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Ehsan polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Cəfərli

Herbiand.az