Advertisment

Litvada Rusiya qorxusu: “Vəziyyət sürətlə dəyişə bilər”

“Rusiyanın Baltik ölkələrinə hücuma hazırlaşması ilə bağlı hər hansı məlumata malik deyilik”. Herbiand.az xəbər verir ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Deividas Matulenis açıqlama verib.

Bununla belə Litva rəsmisi Baltikyanı ölkələrin hakimiyyətlərini ayıq-sayıq olmağa çağırıb.

“Vəziyyət kifayət qədər dinamikdir və sürətlə dəyişə bilər”-deyə, o, bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Litvaya sərt xəbərdarlıq etmişdi.

“Litva dünya xəritəsindən yox ola bilər”-sabiq prezident belə demişdi.

E.Cəfərli

Herbiand.az