Hava şəraiti ilə əlaqədar olaraq paytaxt Moskva sakinlərinə xəbərdarlıq edilir. Herbiand.az xəbər verir ki, sentyabrın 16-sı üçün Moskva şəhəri və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsi elan edilib. Bu barədə paytaxt regionunun sakinlərini Rusiyanın Hidrometeorologiya Mərkəzinin sinoptikləri xəbərdar ediblər.
Xəbərdarlıq gecə saat 00:00-dan səhər saat 08:00-dək qüvvədə olacaq. Qurumun məlumatına görə, mütəxəssislər bu qərarı artıq üçüncü gündür ki, qəbul edirlər. Buna səbəb gecə və səhər saatlarında dumanın gözlənilməsidir.
Bundan əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin əməkdaşı yaxın günlərdə Moskvada şaxta gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, ən azı sentyabrın 20-dək gecə saatlarında havanın temperaturu mənfi göstəricilərə enməyəcək.
Gündüz saatlarında isə sentyabrın 15-16-da, çərşənbə axşamı və çərşənbə günləri temperaturun 20 dərəcə isti olacağı gözlənilir.
Həftənin ən isti günü sentyabrın 17-si, cümə axşamı olacaq. Həmin gün Moskvada havanın temperaturu 22, Moskva vilayətində isə 23 dərəcəyədək yüksələcək.
E.Cəfərli