Advertisment

Böyük Britaniyada işsizlərin orduya cəlb edilməsi təklif olunub

Böyük Britaniyanın Lordlar Palatası işləməyən və oxumayan vətəndaşların hərbi xidmətə cəlb edilməsini təklif edib.

Herbiand.az bildirir ki, bu barədə parlament komitəsinin hesabatında deyilir.

Buna nail olmaq üçün Silahlı Qüvvələrin “ Gap Year” proqramının genişləndirilməsi və informasiya kampaniyasının gücləndirilməsi təklif olunur. Hakimiyyət könüllülərin və ehtiyatda olanların sayını artırmağı gözləyir ki, lazım gələrsə, Britaniya ordusu şəxsi heyəti tez bir zamanda doldura bilsin.

Bəxtiyar CƏFƏRLİ