Advertisment

Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub

Rusiya Baş nazirinin müavini Marat Xusnullin 16 və 17 noyabr tarixlərində Ukraynanın hücumundan sonra Krım körpüsü ətrafında vəziyyət barədə Prezident Vladimir Putinə məruzə edib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Ukraynanın ikinci hücumdan sonra körpüdə nəqliyyat vasitələrinin və qatarların hərəkəti tamamilə dayandırılıb. Mütəxəssislər körpü konstruksiyasına dəyən ziyanı qiymətləndirməyə davam edirlər. Həmçinin, hökumət komissiyasının körpünün bərpasını və nəqliyyat əlaqələrinin təşkilini araşdıracağı bildirilib. Ukrayna noyabrın 16-da dronla, 17-də isə "Flamingo" raketi ilə Krım körpüsünə iki dəfə zərbə endirib. İkinci zərbə körpünün avtomobil yolu hissəsini və tağlardan birini dağıdıb.