Advertisment

Bayden müharibənin bir anında Rusiyanın nüvə zərbəsindən qorxub

ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukrayna qoşunlarının müharibədə əhəmiyyətli uğurlar qazanmağa başladıqdan sonra Rusiyanın taktiki nüvə silahlarından istifadə edə biləcəyindən ehtiyat edib. O, xüsusilə Rusiyanın "Moskva" kreyserinin batmasından sonrakı hadisələrdən narahat idi.

Herbiand.az bildirir ki, Bayden bunu "Mənə söz ver, Amerika" adlı yeni memuarında yazıb.

Keçmiş dövlət başçısı Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi zamanı qərar qəbuletmə ilə bağlı xatirələrini bölüşüb.

O, Ukraynanın döyüş meydanındakı uğurlarının Vladimir Putini taktiki nüvə silahlarından istifadə etməyə sövq edə biləcəyindən ciddi şəkildə ehtiyat etdiyini bildirib.

Bu qorxuları artıran hadisələrdən biri "Moskva" kreyserinin Ukrayna qüvvələri tərəfindən batırılması olub. Bayden xatırladır ki, Rusiyanın hərbi uğursuzluqları fonunda onun daha təhlükəli müharibə metodlarına keçməsi təhlükəsi yaranıb.

Bəxtiyar CƏFƏRLİ