Xankəndi şəhərində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş İkinci Rektorlar Forumu keçirilir.
Herbiand.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, forumun əsas məqsədi iki ölkənin universitetləri arasında elmi və akademik əlaqələrin inkişafına yeni təkan verməkdir. Tədbirdə ali təhsil sahəsində əməkdaşlığın perspektivləri, birgə elmi layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzindədir. Forum çərçivəsində tələbə və müəllim mübadiləsi imkanlarının artırılması, eləcə də universitetlər arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulur. Belə tədbirlərin keçirilməsi Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində münasibətlərin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forumun Xankəndidə təşkili şəhərin beynəlxalq elmi və təhsil tədbirlərinə ev sahibliyi etməsi baxımından da diqqətəlayiqdir.
Yunis