Advertisment

"Fərqli mövqeyinizə görə qarayaxma kampaniyasına məruz qalırıq" -Azər Həsrət

“Bəzi məscidlərdə imamlar məndən danışır, bizi hədəfə alırlar”.

Herbiand.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, müəyyən qüvvələr fərqli mövqe nümayiş etdirən insanlara qarşı qarayaxma kampaniyası aparırlar.

“Başlarının üstündən xarici dövlətlərin liderlərinin şəkillərini asıb bizi söyürlər”, – deyə Azər Həsrət vurğulayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə də jurnalistlər haqqında müxtəlif şayiələr və əsassız ittihamlar yayılır.

Azər Həsrət belə təzyiqlərin söz və fikir azadlığını müdafiə edən insanları öz mövqeyindən çəkindirməməli olduğunu bildirib.

“Bütün bunlara baxmayaraq, geri çəkilməməliyik”, – deyə o, qəti mövqeyini ifadə edib.

Aydın

Herbiand.az