Advertisment

Rusiya dronlarla Zmeinı adasına zərbə endirib

Rusiya qüvvələri Qara dənizdəki Zmeinı adasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin obyektlərinə zərbə endirib.

Herbiand.az bildirir ki, bu barədə hərbi ictimaiyyətin məlumatında deyilib.

Hücum gecə “Qeran” dronlarından istifadə edilməklə həyata keçirilib. Dronlar zərbənin qeydə alınmasına imkan verən kameralarla təchiz olunub. Zərbələrdən sonra adada yanğın baş verib.

Xatırladaq ki, Rusiya qoşunları Zmeinı adasına sonuncu dəfə 2026-cı ilin mart ayında zərbə endirib.

Bəxtiyar CƏFƏRLİ