Almaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 50 milyon avro məbləğində dəstək göstərəcək.
“Reuters“in xəbərinə görə, bunu Almaniyanın maliyyə naziri Lars Klingbeil deyib.
Onun sözlərinə görə, bu məsələyə parlamentdə baxılır və noyabrın ortalarına qədər təsdiq olunması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Fransanın maliyyə naziri Roland Leskür G7-nin sözügedən AES-in bərpası üçün 260 milyon avro topladığını bildirib.
Çernobıl AES-in təmir edilməsi üçün ümumilikdə 500 milyon avro lazım olduğu bildirilir.
Qeyd edək ki, Çernobıl AES-də 1986-cı ildə baş verən qəza böyük miqdarda radioaktiv çirklənməyə yol açıb.