Advertisment

İtaliyada avtonom dəniz sistemlərinin yeni inteqratoru fəaliyyətə başlayıb

İtaliyanın Sentiq Defence şirkəti müdafiə, təhlükəsizlik və "mavi iqtisadiyyat" (dünya okeanlarının, dənizlərinin, çaylarının və sahil zonalarının ekosistemlərini qoruyarkən resurslarından istifadə edən davamlı iqtisadi inkişaf modeli) üçün avtonom və uzaqdan idarə olunan dəniz sistemlərinin milli inteqratoru kimi fəaliyyətə başladığını elan edib.

Herbiand.az bildirir ki, şirkət İtaliya Hərbi Dəniz Qüvvələrinin mina əleyhinə xidmətinin keçmiş zabiti Antonio G. Belfiore tərəfindən təsis edilib.

İnteqrator dəniz qüvvələrinin artan ehtiyaclarını və dəniz təhlükəsizliyi tələblərini ödəmək üçün liman və infrastrukturun qorunması üçün pilotsuz yerüstü, sualtı və hava vasitələri və sonar sistemlərinin tam portfeli ilə fəaliyyətə başlayır.

Bəxtiyar CƏFƏRLİ