Astarada idarəetməni itirən maşın aşıb.
Herbiand.az-ın verdiyi xəbərə görə, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.
Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı maşın Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, marşrutda 20-ə yaxın sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.