Advertisment

"Serpuxov" gəmisi "Kalibr" sisteminin elektron buraxılışlarını həyata keçirib

"Serpuxov" kiçik raket gəmisi Baltik dənizində keçirilən təlimin bir hissəsi olaraq, elektron vasitələrdən istifadə etməklə dəniz və sahil hədəflərinə raket zərbələri endirib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Elektron buraxılışlar nəticəsində bütün təyin olunmuş hədəflər uğurla vurulub.

Bundan əlavə, gəmi heyəti havadan "düşmən" hücumlarını simulyasiya edən kiçik hava hədəflərini aşkar etməyi, təsnif etməyi və məhv etməyi məşq edib. Kiçik raket gəmisi müxtəlif məsafələrdə hava təhdidlərini effektiv şəkildə neytrallaşdırmağa imkan verən inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərindən istifadə edib.

"Serpuxov"un uzunluğu 74, eni 11 metrdir. Heyət 32 nəfərdən ibarətdir. Silahlanmaya "Kalibr-NK" raket sistemi, A-190M artilleriya qurğusu, AK-630M-2 "Duet" zenit artilleriyası, 3M47 "Gibka" hava hücumundan müdafiə sistemi və pulemyotlar daxildir.

Bəxtiyar CƏFƏRLİ