ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını nəzarət etdikləri ştatlarda geniş yayılmış korrupsiyada günahlandırıb. O iddia edib ki, demokratlar onun administrasiyasına hücum etməklə sadəcə öz sui-istifadə əməllərini gizlətməyə çalışırlar.
Herbiand.az bildirir ki, bu barədə Tramp Truth Social şəbəkəsində yazıb.
"Demokratlar Partiyası daim Tramp administrasiyasının korrupsiyalaşdığını iddia etməklə mavi ştatlarda geniş yayılmış korrupsiyadan diqqəti yayındırmaq üçün əlindən gələni edir", - ABŞ lideri yazıb.
Ağ Ev rəhbəri əminliklə qeyd edib ki, demokratlar bu ittihamlardan Minnesota, Kaliforniya və digər bir neçə ştatda baş verən görünməmiş oğurluqları ört-basdır etmək üçün istifadə edirlər.
Bəxtiyar CƏFƏRLİ