Avropa hərbi cəhətdən son dərəcə həssasdır və hazırda öz təhlükəsizliyini təmin edə bilmir.
Herbiand.az bildirir ki, bu barədə Almaniyanın Rheinmetall müdafiə şirkətinin rəhbəri Armin Papperger Süddeutsche Zeitung qəzetinə verdiyi müsahibədə deyib.
"Avropa mənə məktəb həyətindəki ən zəif şagirdlərdən birini xatırladır. Kiçik, zəif və tərəddüdlü şagirdlər həmişə səhər yeməyini güclü şagirdlərə verməli olurdular. İndi də eyni şey baş verir: çoxları Avropanın səhər yeməyini əlindən almağa çalışır", - baş direktor deyib.
Onun fikrincə, Avropanın müdafiə imkanları quruda və dənizdə təhdidlərə tam qarşı çıxmaq üçün kifayət deyil: “Müdafiə sənayesinin maliyyələşdirilməsinin azaldılmasının pis nəticələri ola bilər. Hesab edirəm ki, Ukrayna münaqişəsi bitdikdən sonra belə, əlavə investisiyalardan imtina etmək yalnız AB-nin ABŞ-dan asılılığını artıracaq”.
Bəxtiyar CƏFƏRLİ