Advertisment

Merz: Ukrayna ilə bağlı danışıqlarda avropalı nümayəndələr də iştirak edəcək

Ukrayna ilə bağlı danışıqlar yaxın həftələrdə ilk dəfə olaraq Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin nümayəndələri ilə aparılacaq.

Bunu Almaniya kansleri Fridrix Merz Dublində keçirilən qeyri-rəsmi Aİ sammitində bildirib.

"Növbəti həftələrdə ilk dəfə olaraq Avropanın təmsil olunacağı əsaslı sülh danışıqları keçiriləcək", - Merz qeyd edib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə baş tutub. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edib.

Danışıqlar masasında ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da iştirak edib.

teleqraf