Advertisment

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Herbiand.az -ın verdiyi xəbərə görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.