Advertisment

Odessada həyəcan: Hərbi yük daşıyan nəqliyyat vasitələri vuruldu

İşğalçı Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatları davam edir.

Herbiand.az xəbər verir ki, rus ordusu Odessa vilayətində pilotsuz uçuş aparatları ilə iki dəmir yolu lokomotivinə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında yayılan məlumata görə, zərbəyə məruz qalan qatarlar Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yükləri daşıyırmış.

Hücumun Odessa vilayətindəki Serbka stansiyası yaxınlığında həyata keçirildiyi bildirilir.

Bundan başqa, Qara dənizdə Çernomorsk limanına hərbi təyinatlı yüklər aparan quru yük gəmisinin də vurulduğu iddia edilir.

Qeyd edək ki, noyabrın 12-də Rusiya qüvvələri Kiyevdə yerləşən, raket-kosmik sənayesi ilə əlaqəli “Generator” müəssisəsinə də zərbə endirib.

Aydın

Herbiand.az