Advertisment

Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın bazasını Ermənistandan çıxarmaq qərarına gələcəyi təqdirdə İrəvanın etiraz etməyəcəyini açıqlayıb.

"Armenpress"in məlumatına görə, Paşinyan bunu Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Bu müddət ərzində Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik, amma onlar qalmaq istəsələr, biz bunu da müzakirə etməyə hazırıq. Amma biz bu müddət ərzində bu məsələləri heç vaxt qaldırmamışıq”, - Paşinyan qeyd edib.