Advertisment

Ukraynada 2 qurumun mübahisələrini həll etmək üçün rus dilində danışması araşdırılır

Ukraynanın Dil Ombudsmanı Elena İvanovskaya Kiyevdə baş verən atışma zamanı Ukrayna Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələrinin niyə rus dilində danışdıqlarını araşdırmaq qərarına gəlib.

Herbiand.az bildirir ki, Ombudsman bu barədə “Ukrayna xəbərləri” Agentliyinin sorğusuna cavabında deyib.

"Vəziyyəti aydınlaşdırmaq və cavab tədbirləri ilə bağlı məlumatlı qərar qəbul etmək üçün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayaraq, 2 sentyabr 2026-cı ildə Kiyevin Şumskoxo küçəsində (Bereznyaki) rəsmi vəzifələrini yerinə yetirərkən qeyri-dövlət dilindən istifadə edən zabitlərinin hərəkətləri ilə bağlı izahat tələb etdim və həmçinin şəxsiyyətlərini təsdiq edən məlumatları təqdim etdim", - Elena İvanovskaya qeyd edib.

Bəxtiyar CƏFƏRLİ