Advertisment

Təyyarə dənizə məcburi eniş etdi

Gürcüstandan havaya qalxan təyyarə Qara dənizə məcburi eniş edib.

Bu barədə Herbiand.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə,  Batumi şəhərindən havaya qalxan “Aerospool WT-9 Dynamic” tipli iki nəfərlik yüngül idman təyyarəsi günorta saatlarında Rizenin Pazar rayonunun Melyat ərazisi yaxınlığında dənizə məcburi eniş edib.

Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, məcburi enişdən sonra dərhal əraziyə dərhal xilasetmə qrupları göndərilib. Sahil mühafizə qüvvələri təyyarəni dənizin səthində müəyyən edib və onun içərisində olan iki şəxsi sağ və şüurlu vəziyyətdə xilas edib.

Qeyd olunur ki, xilas edilən iki şəxsin səhhəti normaldır.

E.Cəfərli

Herbiand.az