Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.
Herbiand.az xəbər verir ki, hadisə Samanköy ərazisində yerli vaxtla saat 18:45 radələrində baş verib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, helikopter hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğrayıb. Xilasedicilər helikopterin qalıqlarını aşkar ediblər.
Nazirliyin sonrakı açıqlamasında helikopterdə olan 4 hərbçinin şəhid olduğu bildirilib.
Məlumata əsasən, şəhid olanlardan 3-ü təlim pilotu, biri isə gizirdir.
Qəza yerində baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürmə qrupları tərəfindən söndürülüb, hadisə ilə bağlı ərazidə araşdırmalara başlanılıb.
Malatya prokurorluğu qəzanın səbəblərinin araşdırılması üçün istintaq başladıb.
Aydın