Fransa Prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik etməyə və Rusiya ilə danışıqlarda Avropanı təmsil etməyə hazır olduğunu açıqlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Makron Avropanı Ukrayna və öz gələcəyi ilə bağlı hədəflərini dəqiq müəyyənləşdirməyə çağırıb. O, Avropanın Rusiya ilə danışıqlarda təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.
Fransa liderinin sözlərinə görə, Moskva ilə təmaslara başlamazdan əvvəl Avropa Ukrayna ilə bağlı sülh planını və regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən etməlidir.
Avropanı təmsil etməyə hazır olub-olmamasına dair suala cavabında Makron deyib: “Mən hər zaman bu məsələlərlə məşğul olmağa hazıram”.
Aydın