Türkiyədə "Hetman İvan Vıqovski" korvetinin tikinti işləri artıq son mərhələdədir.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov Telegram-da bildirib.
O, İstanbulda "Hetman İvan Vıqovski" korvetinin tikintisini yoxladığını vurğulayıb: “Bu, Türkiyənin STM şirkəti tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa edilən ikinci gəmidir. Ukrayna donanması daha da güclənir”.
Bəxtiyar CƏFƏRLİ