Mütəxəssislər ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Starshield peyk sisteminin istifadəsinə qoyduğu məhdudiyyətləri qismən aradan qaldırmağın yolunu tapıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın Fire Point şirkətinin rəhbəri İrina Terex Breaking Defense nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırlanmış mexanizm hazırda Starshield-in imkanlarının yalnız 15-20%-ni təmin edir. Bu, SpaceX-in məhdudiyyətlərini qismən kompensasiya edir, lakin peyk rabitəsini tam əvəz edə bilmir: "Hazırda bu həll yolundan maksimum dərəcədə istifadə etməyə çalışırıq. Lakin bu Starshield-i nə dəyəri, nə də miqyaslılığı baxımından tam əvəz edə bilməz".
Bəxtiyar CƏFƏRLİ