Rusiya ordusuna pilotsuz tank bölmələri daxil edilə bilər.
Herbiand.az bildirir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini və ordu generalı Yunus-Bek Yevkurov "Zvezda" televiziya kanalında açıqlayıb.
"Bizdə pilotsuz tank bölmələri olmalıdır - biz bunu təlim meydançasında sınaqdan keçirdik. Bu tankları əhatə etmək üçün döyüş maşınları, eləcə də çox sayda yerüstü robot sistemləri hazırlanır", - general deyib.
Pilotsuz tanklardan Çelyabinsk vilayətindəki Çebarkulski təlim meydançasında keçirilən "Mərkəz-2026" təlimləri zamanı istifadə edilib. Yevkurovun sözlərinə görə, belə maşın ekipaj maşında olduğu kimi idarə olunur, nişan alır, atəş açır və düşmən mövqelərini məhv edir.
Bəxtiyar CƏFƏRLİ