Paytaxtın Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Herbiand.az-a bildirilib ki, 106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.