Moldova və Ukrayna pilotsuz uçuş aparatlarından (PUA) müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasili Tofan Kiyevə səfəri zamanı açıqlama verib.
Saziş hərbi-texniki sahədə təcrübə mübadiləsini, təhlükəsizlik məsələlərini və hava məkanının dronlardan qorunmasını nəzərdə tutur.
Sənədi hər iki ölkənin müdafiə nazirləri Anatoli Nosatı və Yevgeni Xmara imzalayıblar.
Moldovanın Baş naziri bildirib ki, bu addım ölkənin konstitusion neytrallıq statusuna zidd deyil və vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Qeyd edək ki, son illərdə Moldova Avropa İttifaqı, Böyük Britaniya, Rumıniya, ABŞ, Fransa və Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığını genişləndirib.
Aydın