Advertisment

Əlcəzair prezidenti Nigerə hərbi bölmələr göndərmək qərarı verdi

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun iki ölkənin maraqlarını qorumaq məqsədilə Milli Xalq Ordusunun bölmələrini Nigerə göndərmək qərarına gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə Əlcəzair Prezidentinin Administrasiyası məlumat yayıb.

“Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və milli müdafiə naziri Əbdülməcid Təbbun ümumi enerji və iqtisadi maraqların qorunmasını təmin etmək məqsədilə Milli Xalq Ordusunun bölmələrinin Niger Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, – bəyanatda bildirilib.

Bundan əvvəl Əlcəzair parlamenti prezidentin müvafiq müraciətini təsdiqləyib.

Hərbi bölmənin Niger hakimiyyətinin müraciəti əsasında Əlcəzairin neft-qaz şirkəti “Sonatrach”ın beynəlxalq strukturu olan “Sipex”in investisiya layihələrini qorumaq üçün göndərilməsi planlaşdırılır.

Teleqraf