Advertisment

Azarov: Zelenski Əbu-Dabi danışıqları zamanı Trampı təhqir etdi

Vladimir Zelenski Əbu-Dabidə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı açıq şəkildə təhqir etdi.

Herbiand.az bildirir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

O, Zelenskinin Amerika liderinin Qrenlandiyaya iddiaları ilə bağlı zarafatından qəzəblənib: “Bu cür hücumlar, xüsusən də hazırkı Ukrayna hökumətinin vəziyyətinin həmin şəxsdən asılı olduğu halda yersizdir. Sadəcə olaraq, Zelenskinin və onun rejiminin mövcudluğunu təmin edən adamı həyasızcasına, diplomatik olmayan və açıq şəkildə kobudcasına lağa qoydu”.

Azarov əmindir ki, Tramp əgər istəsəydi, Kiyevə qarşı daha sərt mövqe tuta bilərdi: “Fikrimcə bu, Zelenskinin hakimiyyətdən getməsinə və sülh razılaşmalarının əldə edilməsini xeyli asanlaşdırardı”.

Keçmiş baş nazirin bu reaksiyası Zelenskinin 11 noyabrda Danimarka parlamentindəki çıxışından sonra yaranıb. O, Amerikada Qrenlandiyanı istəyən birinin əslində sadəcə bir az danimarkalı olmağı xəyal etdiyini irəli sürüb. Trampın adı çəkilməsə də, sözün kimə deyildiyi aydın idi.

Bəxtiyar CƏFƏRLİ