Advertisment

Rumıniya ABŞ hərbçilərinin xərclərini ödəməyə hazırdır

Rumıniya prezidenti Nikuşor Dan Vaşinqtona təqdim edilən təklifin təfərrüatlarını açıqlayıb. O, sənəddə maliyyə yükünün bölüşdürülməsi sxeminin olduğunu bildirib.

Herbiand.az bildirir ki, dövlət başçısı bu barədə "Financial Times" qəzetinə verdiyi müsahibədə deyib.

Prezidentin ofisi nəşrə aydınlıq gətirib ki, hazırda ölkədə 1172 Amerika əsgəri yerləşdirilib. Əvvəllər bu rəqəm 1700 olub. Rumıniya hakimiyyəti ödəniş məbləğinin Polşa ssenarisinə əsaslana biləcəyini vurğulayıb. Sentyabr ayında Varşava ABŞ-ın planlaşdırılan Fort Tramp bazasındakı hər bir əsgəri üçün ildə 15.000 dollar ödəməsini təklif etmişdi.

"Biz daha çox Amerika əsgəri və daha çox öldürücü imkanlar istəyirik", - Dan deyib.

Prezident təklifini ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbinin Rumıniya və Polşaya səfəri zamanı çatdırıb.

Bəxtiyar CƏFƏRLİ