Advertisment

Haitidə cinayətkarlara qarşı avtomatla silahlanmış robotlardan istifadə olunur

Salvador prezidenti Nayib Bukele X sosial şəbəkəsində silahlı robot-itlərin video görüntülərini paylaşıb.

Herbiand.az bildirir ki, atıcı silahlarla silahlanmış dördayaqlı cihazlar Salvador və Haiti qüvvələrinin Port-o-Prensdə cinayətkar dəstələrə qarşı keçirilən birgə əməliyyatlarda videoda görünüb.

Əməliyyat milli polis, Haiti Silahlı Qüvvələri, operativ qrup və Salvador xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi Silvio Katoraya stadionunda baş tutub. Ərazi cinayətkarlardan təmizlənib.

Prezidentin sözlərinə görə, əməliyyat zamanı stadionda bir neçə insan kəlləsi aşkar edilib: “İdman obyektində əməliyyat bazası yaradılacaq. Bu, təhlükəsizlik qüvvələrinin cinayətkarların nəzarətində olan ərazilərə irəliləməsinə imkan verəcək”.

Bəxtiyar CƏFƏRLİ