Advertisment

Orban qardaşını həbsxanada ziyarət etməkdən imtina edib

Macarıstanın keçmiş baş naziri Viktor Orban həbsdə olan kiçik qardaşını ziyarət etməyəcəyini açıqlayıb.

Herbiand.az bildirir ki, Orban bunun səbəbini RFM24-ə verdiyi müsahibədə izah edib.

O deyib ki, bununla mediaya məqalələr və fərziyyələr üçün əsas vermək istəmir.

Xatırladaq ki, 6 noyabrda keçmiş baş nazir Viktor Orbanın qardaşı Aron Orban Macarıstanda insan qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb. Viktor Orban özünü hadisələrin əsl hədəfi, qardaşını isə sadəcə bir vasitə hesab etdiyini bildirib. O, vəziyyəti siyasi qisas adlandırıb.

Bəxtiyar CƏFƏRLİ