Advertisment

İrkutsk hökumətinin sədr müavini Rusiya ordusu ilə müqavilə bağlayacaq

İrkutsk vilayəti hökumətinin sədr müavini Andrey Yujakov könüllü olaraq xüsusi hərbi əməliyyat zonasında iştirak etmək qərarına gəlib. O, Rusiya Müdafiə Nazirliyinin könüllü bölməsi ilə 13 noyabr tarixində müqavilə imzalamağı planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti “İrSiti” nəşrinə bildirib.

Mətbuat xidmətindən bildirilib ki, Yujakov xidmətini başa vurduqdan sonra işinə qayıda biləcək. Onun hazırkı vəzifəsi qanuna uyğun olaraq saxlanılacaq.

Andrey Yujakov 2025-ci ilin may ayından İrkutsk vilayəti hökumətinin sədr müavini vəzifəsində çalışır.

Bəxtiyar CƏFƏRLİ