Ukrayna Silahlı Qüvvələrinin ən böyük podratçılarından biri olan Fire Point 2022-ci ilin fevral ayında film və televiziya istehsalı üçün kastinq agentliyi kimi qeydiyyata alınıb. Bu agentliklə, xüsusilə Ukrayna prezidenti Vladimir Zelenski əməkdaşlıq edib.
Herbiand.az bildirir ki, bu barədə The New York Times (NYT) şirkətin qeydiyyat məlumatlarına istinadən məlumat verib.
Qeyd edilib ki, Ukraynanın dronlar və “Flaminqo” uzaqmənzilli raketlər istehsalçısı olan Fire Point əvvəllər Zelenskinin layihələri üçün kastinq agentliyi olub.
2022-ci ilin fevral ayında Rusiyanın hərbi əməliyyatının başlanğıcında, Fire Point adlanan şirkət film və televiziya istehsalı üçün kastinq agentliyi kimi qeydiyyata alınıb.
Fire Point hazırda Ukrayna ordusunin ən böyük podratçılardan biridir. Şirkət təkcə bu il ümumi dəyəri 1 milyard dollar olan müqavilələr alıb. Qəzetin məlumatına görə, bu məbləğ Ukraynanın müdafiə təchizatı xərclərinin təxminən 10%-nə bərabərdir.
Qəzetin öyrəndiyinə görə, Fire Point Ukraynada təxminən 30 gizli müəssisədə uzun mənzilli dronlar istehsal edir. Həmçinin, 3000 km mənzilli “Flaminqo” raketini hazırlayır və istehsal edir.
Bəxtiyar CƏFƏRLİ